5 nəfərdən artıq qruplarda toplaşma qadağan edildi
Bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Qazet.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb. Məlumata əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.