AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək

  • + A
  • - A
  • 4-07-2020, 10:55

    Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək


    İyulun 20-dək davam edəcək sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri şənbə və bazar günləri də fəaliyyət göstərəcək.

    Bu barədə Oxu.Az-a qurum tərəfindən məlumat verilib.

    Məlumata görə, şənbə və bazar günləri Bakıda yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri işləyəcək.

    Həmçinin, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərində və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarında müştəri xidmətləri şöbələri və Bakı, Sumqayıt və Cəlilabadda yerləşən “Şəbəkə” xidmət mərkəzləri həftə sonları da xidmət göstərəcək.

    Digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri adi iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

    Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il tarixli müvafiq qərar verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR