Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-na olan statistik göstəriciləri açıqlayıb.
AzadMedia.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 240 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 522 773 test aparılıb. Onlardan 20 837-nün cavabı pozitiv çıxıb. İndiyədək 258 nəfər COVID-19-dan dünyasını dəyişib, 12 182 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 397 nəfərdir. 343 nəfər reanimasiyada, 60 nəfər süni tənəffüs cihazındadır.
Xatırladaq ki, bu gün Azərbaycanda 513 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 440 pasiyent sağalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.