SAATLIDA YALAN AYAQ TUTDU YERİMƏDİ - Bayram Mikayılov
Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz şəxs, nümunəvi Məşğulluq Mərkəzinin rəisidir. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Saatlı rayon Məşğulluq Mərkəzinin rəisi Bayram Mikayılovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Bayram Mikayılov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.
Saatlı rayon Məşğulluq Mərkəzinə gəldiyi gündən Bayram Mikayılovun rəis vəzifəsini daşıdığı Saatlı rayon Məşğulluq Mərkəzində görülən işlərin siyahısına nəzər salanda isə Saatlı rayon Məşğulluq Mərkəzində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Son günlər Saatlı rayon Məşğulluq Mərkəzinin rəisi Bayram Mikayılov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.
Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqaq bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Saatlı rayon Məşğulluq Mərkəzinin rəisi Bayram Mikayılovun fəaliyyətindən yazmırlar? Axı Bayram Mikayılovun xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub Bayram Mikayılovun gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Bayram Mikayılov Saatlı rayon Məşğulluq Mərkəzinin rəisidir.
P.S. Redaksiya olaraq bəzilərinin diqqətinə çatdırır ki, Saatlı rayon Məşğulluq Mərkəzinin rəisi Bayram Mikayılovun bizim müdafiəmizə ehtiyacı yoxdur.