AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əziz dostlar, hörmətli 96 saylı Goranboy - Naftalan seçki dairəsinin seçiciləri!

  • + A
  • - A
  • 18-07-2020, 19:01

    Əziz dostlar, hörmətli 96 saylı Goranboy - Naftalan seçki dairəsinin seçiciləri!

    Ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlarımızla birbaşa ünsiyyət imkanlarımız məhdud olsa da, növbəti dəfə seçicilərimizlə telefon rabitəsi vasitəsilə əlaqə saxlayıb, onları narahat edən məsələləri dinlədik.
    Telefon rabitəsi vasitəsilə 20-dən çox seçicinin müraciətini dinləyib, yaxın günlərdə lazımı addımların atılacağını bildirdim.
    Seçicilərimizi narahat edən əsas məsələ isə daha çox içməli su problemi ilə bağlı oldu. Əfsuslar olsun ki, quraq günlərin sayının artması ilə əlaqədar olaraq yay fəsli başlayandan bəri ölkənin bir sıra ərazilərində yaşayan insanlar su təchizatı problemi ilə üzləşdilər. 96 saylı dairənin ərazisində də su ilə bağlı bəzi problemlər hələ də qalmaqda davam edir. Biz də sakinlərin içməli suya olan tələbatını təmin etmək məqsədilə bu məsələnin ciddi araşdırılaraq tədbir görüləcəyini, problemin tezliklə həllini tapması üçün əlimizdən gələni edəcəyimizə söz verdik.
    Sonda bir daha öz seçicilərimizə səslənərək, hər zaman onların yanında olduğumu, hər bir sahədə onlara qayğı göstərəcəyimi əmin etmək istəyirəm.

    Anar Məmmədov

    Millət vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR