AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnsanlar bunu etsə, hökumət karantin tətbiq etməz - Harmancı

  • + A
  • - A
  • 31-07-2020, 16:20

    İnsanlar bunu etsə, hökumət karantin tətbiq etməz - Harmancı
    Fevral ayının sonunda ilk yoluxma faktı qeydə alındıqdan sonra, biz ÜST-ün missiyasını ölkəyə dəvət etdik.

    Azadmedia.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST-ün missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib:

    "Missiya üzvləri bir çox mövzularda müşahidələr apardılar və öz fikirlərini bildirdilər. Onlar 5 ay ərzində xəstəxanaları gəzib, xəstələri aşkarladılar. Nümayəndə heyəti öz tövsiyyələrini hökümətə təqdim etdikdən sonra, işlər aparıldı. İyulun 21-də ÜST-ün 5 missiya üzvü dəvət olundu. Onlar xəstəxanalara baş çəkib, öz qeydlərini apardılar. ÜST-ün proqram meneceri David Novillonin rəhbərliyi ilə işlər aparıldı".

    O qeyd edib ki, cari missiyanın apardığı müşahidələrə əsasən, mart ayında gələn missiyanın tövsiyələri yerinə yetirilib və nəticələr var:

    "10 gün ərzində mütəxəssislərimiz ciddi işlər aparıldığını müşahidə etdilər. Xüsusilə əhalinin davranışı diqqət çəkdi. Vəzifəli şəxslərdən tutmuş texniki işçilərə qədər hər kəs dayanmadan işləyir. İnsanlara qayğı göstərib müalicə etmək, cədvəllər, statistika və hesablatlar hazırlamaq davam edir. Bu insanlar Azərbaycanda COVID-19a qarşı mübarizənin görünməyən qəhrəmanlarıdır, onlara təşəkkür edirik".

    Hande Harmancı bildirib ki, səhər hökumətlə brifinq keçirilib və müzakirələr aparılıb: "Hesabat qarşıdakı həftə təqdim olunacaq. Bəzi mütəxəssislər düşünür ki,o qrip və digər tənəffüs xəstəliklərindən əlavə digər virusların yayılması vəziyyəti ağırlaşdıra bilər. Biz virusla mübarizədə kömək üçün buradayıq. Hökümətin tədbirlərinin əsas səbəbi xəstəliyin insandan inasa ötürülməsini məhdudlaşdırmaqdır. Bu isə insanlar arasındakı fiziki məsafəni azaltmaqla mümkündür. Evdə qalmaq bu məsafəni azaltmaq üçün. Maska taxmaq da bu tədbirlərdən biridir. Lakin hər yumşalma ərəfəsində virusa yoluxanların sayı artır. Əgər insanlar maska taxsa, xəstə olduğu zaman özünü izolyasiya etsə, hökumət karantin rejimi tətbiq etməz. Bu tədbirlərə riayət etməliyik ki, sağlam qalaq"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR