Deputat Respublikanın Hərbi Donanma heyətini təbrik etdi
Sabah ölkəmizdə Azərbaycan Respublikasının Hərbi Donanması Günü kimi qeyd olunur.
Bu gün Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir.
Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Bunun nəticəsidir ki, qüdrətlənən Azərbaycan Ordusu ölkəmizə qarşı yönələn istənilən həmlələri dəf etməyə, torpaqlarımızı erməni tapdağından azad etməyə qadirdir.
Bu gözəl gün münasibəti ilə bütün Donanma heyətini təbrik edirəm! Bayramınız mübarək!
Məşhur Məmmədov,
Milli Məclisin deputatı