Yunanıstan və Misir arasındakı bu razılaşmanın heç bir dəyəri yoxdur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Liviya ilə bu formada razılıq əldə etdikdən sonra bu dövlətlər başladılar narazılıq etməyə. Biz buna baxmayaraq, Liviya ilə əldə edilən anlaşmanı qətiyyətlə davam etdirəcəyik. Bir müddət əvvəl hörmətli Merkel məndən rica etdi. “Bölgədə qazma işlərini dayandırsanız, mənim işimi asanlaşdırarsınız”, - dedi. Mən də “Siz Yunanıstan və digərlərinə inanırsınızsa, biz işlərə 3-4 həftə ara verə bilərik. Amma mən bunlara güvənmirəm. Görəcəksiniz, bunlar sözünü tutmayacaqlar”, - deyə cavab verdim. Həqiqətən də belə oldu”, - Ərdoğan bildirib.
Prezident qeyd edib ki, Türkiyə-Yunanıstan-Almaniya arasında məsələ ilə bağlı üçtərəfli danışıqlar başlamışdı:
“Onlar sözlərini tutmadı. İndi nə olacaq? Biz qazma işlərinə başladıq. “Barbaros Xeyrəddin” gəmisini də bölgəyə göndərdik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.