Belarusda prezident seçkiləri baş tutub - Yenilənib + Fotolar
Bazar günü Belarusda keçirilən prezident seçkilərində 5,7 mindən çox seçki məntəqəsi açılıb. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
"Dövlət başçısı seçkilərində səsvermə üçün 5 767 məntəqə yaradılıb, onların hamısı seçiciləri qəbul etməyə hazırdır", - deyə MSK-dan bildiriblər. Komissiyada qeyd ediblər ki, 44 məntəqə ölkə xaricindədir.
6,8 milyon Belarus vətəndaşı səs verə bilər.
Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, "Həqiqəti söylə" İctimai Hərəkatının həmsədri Andrey Dmitriyev, parlamentin aşağı palatasının sabiq deputatı Anna Kanopatskaya, evdar qadın Svetlana Tixanovskaya və “Qramada” Belarus Sosial Demokrat partiyasının sədri Sergey Çereçen ali posta iddia edirlər. Lukaşenko altıncı dəfə namizədliyini irəli sürür.
***
Belarusda prezident seçkiləri baş tutub. Artıq seçicilərin 54 faizi səsvermədə iştirak edib.
Qanunvericiliyə əsasən, seçicilərin 50 faizindən çoxu səs verdikdə seçkilər baş tutmuş sayılır.