AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

CƏBRAYIL RAYON TƏHSIL ŞÖBƏSINDƏ ÇOBAN ÖVLADLARININ TƏHSILI ADI ALTINDA MƏNIMSƏNILƏN PULLAR VALIDƏ HƏSƏNOVA TƏRƏFINDƏN NECƏ ÖRT-BASDIR OLUNDU

  • + A
  • - A
  • 8-05-2017, 10:42

    CƏBRAYIL RAYON TƏHSIL ŞÖBƏSINDƏ ÇOBAN ÖVLADLARININ TƏHSILI ADI ALTINDA MƏNIMSƏNILƏN PULLAR VALIDƏ HƏSƏNOVA TƏRƏFINDƏN NECƏ ÖRT-BASDIR OLUNDU














    Səbəb nə olub ki, sələmə pul buraxan şöbə müdirinin “biznes”i iflasa uğrayıb?

    İllər uzunu Cəbrayıl RTŞ-ni cənginə alan və təhsilimizin məhvinə hesablanmış korrupsiya faktları, bu gün də tüğyan etdiyindən, təkrar belə bir mövzuya qayıtmağa qərar verdik. Əgər tarixə bir daha ekskurs etsək o halda bəlli olar ki, Validə xanım Həsənovanın şöbə müdiri olduğu illər ərzində aidiyyəti dövlət qurumları RTŞ-də bir neçə dəfə yoxlamalar aparmış, mənimsənilən külli miqdarda maliyyə vəsaitlərinin üstünü də açmışdır. Belə bir səbəblər üzündən də, bu yöndə əldə etdiyimiz bəzi məlumatları, yenidən geniş ictimaiyyətin diqqətinə çatdırmağı özümüzə borc bildik. Məsələn, əldə etdiyimiz bəzi məlumatlara görə 2016-cı ilin iyun-iyul aylarında Respublika Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və Dövlət Maliyyə Nəzarəti Xidmətinin Cəbrayıl rayon TŞ-də apardığı birgə yoxlamalar zamanı çox gizlinlərin üstü açılır. Belə ki, pedaqoji kollektiv və ictimaiyyət arasında gəzən söz-söhbətlərə görə, təkcə TŞ-nin tabeçiliyində fəaliyyət göstərən təhsil müəssisələrində 240 (iki yüz qırx) min manata yaxın, həmçinin qeyd olunan qrumun nəzdində fəaliyyət göstərən Şahmat UGİM-də isə, təqribən 50 (əlli) min manata yaxın saxta ezamiyyət və mənimsəmə (29 min manat ezamiyyət+20 min manat əmək haqqı) faktları aşkara çıxarılır. Biləsuvar rayonu ərazisindəki Muğan düzlərində heyvandarlıq təsərrüfatı ilə məşğul olan və əslən Cəbrayıldan olan çoban övladlarının təhsil almaları üçün saxta yollarla təşkil edilmiş iki ibtidai məktəbdə də, külli miqdarda mənimsəmə faktları aşkarlanır. Faktiki olaraq bir saat belə dərs keçilmədiyi halda, cəmisi iki nəfərdən-direktoru Şamama xanımdan, müəllimi isə onun qaynı Elşad bəydən ibarət olan 4 saylı ibtidai məktəbdə təqribən 55 min manata yaxın, direktoru Sevinc xanımdan, müəllimləri isə onun həyat yoldaşı İsmət bəydən və əlavə 4 nəfər müəllimdən ibarət olan 5 saylı ibtidai məktəbdə də, üstüstə 135 min manata yaxın dövlət vəsaitinin mənimsənildiyi müəyyən edilir. Aparılan yoxlamalardan sonra mənimsənilmiş pulların dövlət büdcəsinə qaytarılması, hətta qarşıya şərt şəklində də qoyulur. Deyilənlərə görə 4 saylı ibtidai məktəbin direktoru Şamama xanımın qayınatası Ərşad müəllim sözügedən məbləği geri qaytarmağa hazır olduğunu bildirsə də, 5 saylı ibtidai məktəbin direktoru Sevinc xanımın həyat yoldaşı İsmət müəllim isə, mənimsənilən pulların geri qaytarılmayacağını bəyan edir. Səbəbini onunla əsaslandırır ki, əmək haqqı cədvəlində adı gedən 6 müəllimdən 3-nün maaş kartı hər zaman TŞ müdirinin cibində olub. Yəni, onların almalı olduqları maaşı Validə xanımın özü mənimsəyib deyir. Bu da onu sübut edir ki, 135 min manat dövlət vəsaiti şöbə müdiri ilə məktəb direktorları arasında mənimsənilir. Pedaqoji kollektiv və ictimaiyyət arasında gəzən digər digər söz-söhbətlərə görə, aparılan yoxlamalardan sonra Validə Həsənova sözügedən “kəmkəsir”lərin dövlət büdcəsinə qaytarılması üçün, məktəb direktorlarının hər birinə birdəfəlik 2-6 min manat arası “tas” (haqq-hesab) qoyur. Bundan əlavə, xanım şöbə müdiri hər məktəb direktorundan ayda 150-200 manat məbləğində “haqq-hesab” da aldığı vurğulanır.

    Üstəlik sakinlər arasında gəzən başqa bir söz-söhbətlərə görə, Cəbrayıl RTŞ-nin müdiri uzun illər ərzində sələmçilik fəaliyyəti ilə də məşğul olub. Belə ki, o, Cəbrayıl RİH-nin sabiq əməkdaşı Vüsalə Mirzəyeva ilə əlbir olaraq, məhz onun vasitəçiliyi ilə vətəndaşlara sələmə pul da verib. Bir müddət keçdikdən sonra Vüsalə xanımın dələduzluq etməsi və həbsə atılması, xanım şöbə müdirinin məşğul olduğu “biznesi”nin iflasa uğraması ilə nəticələnir. Buna da səbəb, sələmə buraxılan pulların nəinki faizlərinin, hətta baza hissəsini də geri qaytarılmaması olur. Çünki, sələmə pul alan şəxslər qıcıqlandırılacaqları halda onlardan şikayət edəcəklərini bildirdikdə, Validə-Vüsalə cütlüyü “işbirlikləri”nin üstünün açılacağından ehtiyat edərək susmağa üstünlük verirlər. Göründüyü kimi atılan addımlar nəticəsində dövlət büdcəsindən külli miqdarda pul vəsaiti oğurlanır və sələmə vermək yolu ilə də havaya sovrulur.
    Validə Həsənova yüzlərlə sakini narazı saldığına görə, hazırda cəbrayıllılar arasında yalnız onun barəsində söz-söhbətlər dolaşmaqdadır. Deyilənlərə görə o, Bakı şəhərinin ən “prestijnı” ərazisində iki villa da tikdirib. Həmin villalardan biri Badamdar qəsəbəsində sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova məxsus villanın yanında yerləşir. O halda sual oluna bilər ki, görəsən xanım şöbə müdirinin “əl-qol açması”nın səbəblərindən biri də, belə bir amilin varlığı olub? O, əvvəllər Bakının şəhərinin 20-ci sahə adlanan ərazisində yaşadığı mənzilini, bu gün kimlərəsə kirayəyə də verib. Hələ bunlar harasıdır, Validə xanımın Binə və Sədərək ticarət mərkəzlərində bir neçə satış mərkəzlərinin də olduğu bildirilir.

    P.S.Yazı dərc olunmamışdan qabaq yuxarıda göstərilən faktlara aydınlıq gətirmək üçün hörmətli Validə xanıma zəng vurduq.O, deyilənlərə aydınlıq gətirmək üçün bizimlə sonra əlaqə saxlayacağına söz versə də suallarımıza aydınlıq gətirməkdən yayındı.

    Biz də suallarımıza aydınlıq gətirmək üçün aidiyyatı təşkilatlardan cavab almağa çalışacağıq.

    Hörmətli oxucular! Yaxın günlərdə sizləri Validə xanımın illər uzunu iş fəaliyyətində qol qoyduğu və bü günədək ictimaiyyətə bəlli olmayan çoxsaylı qanunsuzluqları haqda da məlumatlandıracağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfi də dinləməyə hazırıq.

    Kəmsavat Bisavadov.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR