AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda səfərdə olan Serbiya rəsmisindən mühüm MESAJLAR

  • + A
  • - A
  • 11-08-2020, 12:11


    Azərbaycanda səfərdə olan Serbiya rəsmisindən mühüm MESAJLAR

    “Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq, dostluq münasibətləri mövcuddur”.

    AzadMedia.Az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında bildirib.

    O deyib ki, bu səfəri və keçirilən görüşlər vasitəsilə iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq yüksək səviyyəyə qalxacaq.

    “Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir”, - deyə N.Stefanoviç əlavə edib.

    N.Stefanoviç qeyd edib ki, bugünkü görüşdə təhlükəsizlik məsələləri və terrorizmlə mübarizə müzakirə olunub.

    O həmçinin qeyd edib ki, Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən razıdırlar.

    Qeyd edək ki, Bakıda Azərbaycan və Serbiya hökumət nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

    Görüşdə Serbiya Respublikasının Baş nazirinin müavini və Daxili İşlər naziri Neboyşa Stefanoviç, Azərbaycan tərəfindən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici İşlər nazirinin müavini Araz Əzimov, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR