AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DTX-nin saxladığı Eldar Həsənovun DOSYESİ

  • + A
  • - A
  • 13-08-2020, 22:00

    DTX-nin saxladığı Eldar Həsənovun DOSYESİ

    Məlum olduğu kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

    Eldar Həsənovun tərcümeyi-halını təqdim edirik.

    Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçın kəndində anadan olub. 

    O, 1977-1990-cı illərdə cinayət axtarışı işləri üzrə baş inspektor işləyib. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. 1990-1992-ci illərdə Gəncə şəhəri Polis İdarəsinin rəisi, 1992-1993-cü illərdə Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri işləyib.

    O, 1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci ilərdə Baş prokurorun  birinci müavini, 1995-2000 -ci illərdə isə Baş prokuror olub.

    2001-ci ilin iyul ayında Azərbaycanın Ruminyadakı fövqaladə və səlahiyyətli səfiri postuna təyin olunub. 2010-cu ildə martın 25-də Azərbaycanın Serbiyadakı fövqaladə və səlahiyyətli səfiri, 2011-ci il 27 yanvarda Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqaladə və səlahiyyətli səfiri postları da Eldar Həsənova həvalə olunub. Bundan başqa, o, eyni zamanda Azərbaycanın Monteneqrodakı səfiri postunu da tutub.

    Eldar Həsənov general-leytenant, professor, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviridir.

    Ailəlidir, üç övladı var.

    Oxu.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR