AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda nazirlikdə yoxlamalar başladı

  • + A
  • - A
  • 27-08-2020, 12:02

    Azərbaycanda nazirlikdə yoxlamalar başladı

    Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır.

    Mədəniyyət nazirliyindəki mənbədən Oxu.Az-a verilən məlumata görə, yoxlama Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun nəzarətində olmuş şöbələrdə gedir.

    Yoxlamaların nazirliyin tabeliyində olan digər idarələrdə də aparılması istisna edilmir.

    Qeyd edək ki, may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu saxlanılıb. Onun avobilindən, xidməti otağındakı kassasından külli miqdarda pul vəsaitləri aşkarlanıb.

    Əməliyyat zamanı nazir Əbülfəs Qarayevin də nazirlikdə olduğu bildirilib. Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan R.Bayramov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR