40 ölkə Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndini əldə etmək niyyətindədir.
Bu barədə “RİA Novosti”yə Rusiya Federasiyasının Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev danışıb.
Onun sözlərinə görə, peyvəndin çatdırılmasına artıq cari ilin noyabrında başlanıla bilər.
Peyvəndin alınmasına Braziliya, Misir, Hindistan, Özbəkistan, Meksika, Argentina, Vyetnam, İsrail və başqa ölkələr maraq göstərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.