AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ Rusiyanın problemidir” deyən 85 yaşlı terrorçu erməni yazarın xam xəyalları

  • + A
  • - A
  • 5-09-2020, 21:52

    “Qarabağ Rusiyanın problemidir” deyən  85 yaşlı terrorçu erməni yazarın xam xəyalları


    Hələ 1988-ci ildə Azərbaycan xalqının qəddar düşməni Zori Balayan Silva
    Kaputikyanla birgə Moskvada Mixail Qorbaçovla görüşüb, ondan “Qarabağ
    məsələsini” Ermənistan SSR–in xeyrinə həll etməsini xahiş etmişdi. Yeddi il əvvəl
    isə Vladimir Putinə ünvanladığı məktubunda Azərbaycandan, Türkiyədən,
    Gürcüstandan, Ermənistan üçün torpaq qopartmaqdan ötrü yalvaran Zori Balayan
    həm də Qarabağ probleminin həlli barədə Rusiya rəhbərinə yekə-yekə
    məsləhətlər verərərk yazırdı: “Əgər Siz gələcək haqqında kəsərli
    düşünmürsünüzsə, onda o Sizin olmayacaq."
    Məlum məktubunda Z. Balayan Rusiya ilə ümumi sərhədləri olmamasına
    həyasızcasına təəssüflənir və xam xəyallara uyub arzu edirdi ki, Azərbaycanın,
    Gürcüstanın, Şimali Qafqazın və Rusiyanın bir hissəsini həzm edəndən sonra, ona
    doğma olan Ryazan vilayətinə qədər Rusiya və Ermənistan arasında ümumi sərhəd
    yaransın.
    Belə yerdə deyirlər, yavaş ye, boğazında qalar!..
    Bir sözlə, Azərbaycanın Xankəndi şəhərində anadan olan Zori Balayan 80-ci illərin
    sonundan Qarabağda qan tökülməsinin yorulmaz ilhamçısı kimi, öz əsərləri ilə
    millətçi ideoloq olaraq türklərə qarşı ardıcıl nifrət ocağını körükləyib və bu
    günəcən də özünün bu iyrənc missiyasından əl çəkmir. Onun “Ocaq" kitabı
    bütövlükdə Cənubi Qafqazda Azərbaycanın mövcudluğunun əleyhinə yönəlib.
    1980-ci illərin əvvəllərində yazılan bu kitabda Zori Balayan tarixi utanmazcasına
    təhrif edərək, Qarabağın və Naxçıvan xanlıqlarının qədim erməni torpağı olduğunu
    iddia edir.
    Bu iddianı Putinə ünvanladığı açıq məktubunda yenidən dilə gətirən Balayanı
    görəsən “ciddiyə” alanlar bəs niyə ona sual vermirlər ki, tarix boyu İrəvan,
    Qarabağ və Naxçıvan xanlıqlarının başında hansısa Mıkırtıç, Balayanı törədən ulu
    babası və ya Ayrapet adında hansısa erməni dururdu, yoxsa Hüseynqulu xan,
    Məhəmməd xan, Pənahəli xan, Kəlbəli xan kimi igid Azərbaycan türkləri?!.
    Xalq yazıçısı Çingiz Abdullayev "Zori Balayanın Vladimir Putinə ünvanlanmış açıq
    məktubuna aid qeydlər"ində yazır: "Erməni mənşəli Amerika tədqiqatçısı Corc
    Burnutyan bildirir ki, 1836-cı ildə Peterburqda dərc edilən rəsmi məlumata görə,
    Dağlıq Qarabağda on doqquz min erməni və otuz beş min türk yaşayırdı.
    Maraqlıdır ki, bir çox tədqiqatçılar, o cümlədən erməni müəllifləri də əhalinin
    siyahıya alınmasının qışda və yayda keçirilməsinin fərqinə varmağın vacibliyini
    vurğulayırdılar; köçəri, yaxud yarı köçəri soydaşlarımızın dağlara, yaylaqlara
    köçməsinin nəzərə alınmasını xatırladırdılar. Rusiya araşdırıcısı Jamskov göstərirdi ki, Dağlıq Qarabağ əhalisi 1845-ci ildə otuz min erməni və altmış iki min nəfər
    müsəlmanlardan ibarət idi, müsəlmanların səksən faizi köçəri həyat sürürdü.
    Rusiyanın İrandakı səfiri Qriboyedov erməni arxiyepiskopu Nersesin məlumatına
    əsaslanaraq Türkmənçay müqaviləsindən sonra Arazın bu tayına səkkiz mindən
    artıq erməni ailəsinin köçürülməsini bildirirdi. Olmaya, arxiyepiskopun şəhadəti də
    cənab Balayan üçün əhəmiyyət kəsb etmir?"
    Çox əfsuslar olsun ki, “Qarabağ problemi – Rusiyanın problemidir” deyə
    riyakarcasına yazdığı bu məktubdan iki-üç il sonra ATƏT-in Minsk qrupunun
    həmsədri olan Rusiyanın paytaxtında Zori Balayanın 8 cildliyi nəşr olundu. Üstəlik
    xalqlar arasında milli ədavəti qızışdıran ”Ocaq" əsərinin də daxil edildiyi həmin 8
    cildliyin Moskva İncəsənət İşçiləri Sarayında təqdimatı keçirildi. Rusiya Yazıçılar
    Birliyi, Rusiya Jurnalistlər Birliyi, "Literaturnaya Qazeta" və "Bədii Ədəbiyyat"
    federal nəşriyyat evinin təşkilatçılığı ilə baş tutan mərasimdə Balayanın yazdığı
    məqalələr, reportajlar, o cümlədən "Ocaq" əsəri haqqında yağlı təriflər söylənildi.
    Bir dəfə xalq yazıçısı Ç. Abdullayev AYB-nin Natəvan klubundakı çıxışlarının
    birində “Ocaq” kitabı ilə “məşhurlaşan” erməni yazarın "Literaturnaya qazeta"da
    işləyərkən Azərbaycanın ədəbi mühitinin təmsilçısı, yazıçı-jurnalist Elmira
    Axundovadan necə qorxub-çəkindiyini belə dilə gətirmişdi: "Elmira xanım
    "Literaturnaya qazeta" da işlədiyi vaxtlarda Zori Balayan həmin qəzetin
    redaksiyasında görünməməyə çalışırdı.”
    Əgər qəzetimizin oxucuları xatırlayırlarsa, 2009-cu ildə Milli Məclisin deputatı
    Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında "Ruhumuzun
    dirçəlişi" kitabından sitatlar gətirəndən az sonra Zori Balayan qorxaqcasına
    bəyanat vermişdi. Belə ki, o, erməni xislətini növbəti dəfə nümayiş etdirərək
    Rusiya ermənilərinə məxsus internet portallarından birinə verdiyi müsahibəsində
    "Ruhumuzun dirçəlişi" adlı kitabından imtina etmişdi. O zaman “Belə bir kitab
    yoxdur” deyən və hazırda 85 yaşını arxada qoyan Zori Balayan 1994-cü ildə Bakı
    metrosunda baş verən və 14 nəfərin ölümü, 49 nəfərin xəsarət alması ilə
    nəticələnən terror aktında da heç bir rolunun olmadığından, amma buna görə bir
    neçə il İnteropl xətti ilə axtarışa verilməsindən “yazıqcasına” gileylənərək
    demişdi: “Ümumiyyətlə, 60-cı illərdən sonra Bakıda olmamışam. Necə ola bilər ki,
    90-cı illərdə mən Bakıda metro stansiyası partladılanda orada olum? Amma buna
    baxmayaraq, bir neçə il məhkəmə getdi, hətta partlayışı təşkil etdiyimlə bağlı
    İnterpol xətti ilə axtarışa verilməyimə görə dəhşətlər yaşadım. Guya mən bilə-bilə
    Bakıya gələrək hər hansı hərbi obyekt yox, qadınların, uşaqların qocaların olduğu
    metro stansiyasında partlayış təşkil etmişəm.” Zori Balayan bundan sonda daha
    sözügedən kitabla (Ruhumuzun dirçəlişi”) bağlı açıqlama verməyəcəyini də
    bildirmişdi...
    Qeyd edək ki, Qarabağ hadisələrinin iştirakçışı, erməni ideoloq Zori Balayanın
    "Ruhumuzun dirçəlişi" adlı kitab yazdığı və orada 1992-ci ilin 26 fevralında
    ermənilərin Xocalıda törətdikləri soyqırımına dair tükürpədici məqamların təsvir
    olunduğu bildirilir.
    Son olaraq qeyd edək ki, Rusiya kimi ATƏT-in Minsk qrupunun həmsədri olan
    Fransa ilə ABŞ da tarixən erməni məsələsini, Azərbaycan torpaqlarında
    Ermənistan dövlətini gündəmə gətirib yaradan dövlətlərdir. Yarandığı gündən bu
    günə kimi Minsk qrupu çərçivəsində gedən danışıqlarda qüvvələr nisbəti həmişə
    dördün birə olduğunun dəfələrlə şahidi olmuşuq. Fikrimiz qəribə səslənsə də
    bunu deməyi özümüzə mənəvi borc bilirik: bu gün Azərbaycana qarşı əslində
    “dörd Ermənistan” var...

    Nurəddin ƏDİLOĞLU.
    05.09.2020


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR