AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ruslar Qarabağda Azərbaycana qarşı döyüşəcək

  • + A
  • - A
  • 9-05-2017, 11:04

    Ruslar Qarabağda Azərbaycana qarşı döyüşəcək

















    Bakı Moskva qarşısında bir sıra öhdəliklərdən azad olunur

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni general Andranik Makaryanın rus qoşunlarını Qarabağa yeridəcəyi barədə açıqlamasına ciddi reaksiya verməlidir.

    İstiPress-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik leytanant Üzeyir Cəfərov bildirib.

    “Andranik Makaryan Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəridir. Vaxtilə, bu qoşun birləşməsi yaradılanda biz etiraz bildirməliydik. Amma Azərbaycan XİN həmin vaxt susdu. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Moskvanın bu regiondakı maraqlarını tam təmin edirdi, üstəlik Ermənistanın təhlükəsizliyini də təmin edirdi. Onu erməni generalın rəhbərliyi altına salmağın nə mənası vardı?” - deyə Üzeyir Cəfərov vurğulayıb.

    Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşması 30 noyabr 2016-cı il tarixdə bağlanmış Rusiya - Ermənistan müqaviləsi əsasında yaradılıb. Qruplaşmaya Ermənistanda dislokasiya edən Rusiya hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin 5-ci korpusu daxil edilib.

    "Aysor.am" saytının yazdığına görə, qruplaşmanın rəhbəri general-mayor Andranik Makaryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, onu vəzifəyə Ermənistan ali baş komandanı təyin edib:

    “Birləşmiş qoşun qruplaşmasının komandanı Ermənistan Silahlı Qüvvələrinin fərmanı ilə və Rusiya Silahlı Qüvvələrinin baş komandanının razılaşması ilə təyin edilir və işdən azad edilir”.

    Ermənistandakı Rusiya hərbi bazasına yerləşdirilmiş raketlərin təsir dairəsi

    Makaryan bildirib ki, onun rəhbərlik etdiyi qruplaşma, o cümlədən Ermənistandakı Rusiya hərbi bazası yalnız Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanının əmri ilə hərəkət edəcək: “Sazişdə belə yazılıb. Qruplaşma Ermənistan sərhədlərinin, regionun təhlükəsizliyinin təmini üçün nəzərdə tutulub”.

    Erməni general Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının Rusiyanın göstərişini gözləmədən Qarabağ münaqişəsi zonasına aparıla biləcəyini də vurğulayıb. Erməni jurnalistlər məsələni dəqiqləşdirmək üçün sual veriblər: “Sizə Vladimir Putin (Azərbaycana) hücum etməmək əmri verə bilərmi?”. Andranik Makaryanın cavabı qısa olub: “Yox, verə bilməz”.

    Göründüyü kimi, generalın dediyindən belə çıxır ki, Rusiyanın Ermənistandakı hərbi bazası əslində Rusiyanın öz vəsaitləri və insan resursları hesabına Ermənistan üçün yaratdığı və təchiz etdiyi ordu deməkdir. Həmin ordu Qarabağ münaqişəsinə müdaxilə edərsə, hüquqi dildə bu, Rusiyanın Ermənistan tərəfindən Azərbaycana müharibə etməsi deməkdir.

    Məhz buna görə, Üzeyir Cəfərov Azərbaycan XİN-in məsələni Rusiya ilə dəqiqləşdirməsini vacib sayır: “Bu yalandırsa, erməni general cəzalandırılmalıdır. Əgər doğrudursa, Azərbaycan Rusiyadan izahat tələb etməlidir”.

    Əgər Andranik Makaryanın dediyi doğrudursa, bu, Azərbaycanı Rusiya qarşısında bir sıra öhdəliklərdən də xilas edir. Yəni, sabah Ermənistandakı 102-ci hərbi bazanın təyyarələri Azərbaycan hava məkanını pozarsa, rəsmi Bakı rahatlıqla onları vurmaq barədə əmr verə bilər. Çünki onlar artıq Ermənistana məxsus təyyarələr sayılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR