AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın növbəti təxribatı və hərbi qulluqçumuzun şəhid olması xəbəri Türkiyə mətbuatında - VİDEO

  • + A
  • - A
  • 21-09-2020, 19:20


    Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusunun şəhid olması xəbəri Türkiyə mətbuatında da yer alıb.

    Hadisə ilə bağlı geniş süjet hazırlayan “Haber Global” kanalı erməni əsgərlərinin atəşkəsi pozması və hərbi qulluqçumuzu şəhid etməsi faktını qabardıblar.

    Müdafiə Nazirliyinin açıqlamasının da yer aldığı xəbərdə qeyd olunub ki, atəşkəsin pozulmasında Ermənistan hökuməti günahkardır.

    Bundan əlavə, ötən gecə hərbçilərimiz tərəfindən vurulmuş Ermənistan silahlı qüvvələrinə aid pilotsuz uçuş aparatı haqqında da izləyicilərə məlumat verilib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR