AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbçimiz şəhid oldu

  • + A
  • - A
  • 15-01-2017, 12:13

    Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Bizimyol.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.
    Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR