AzadMedia.az xəbər verir ki, Gəncədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, “SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallardan biridir" deyib.
Belə ki, H.Hacıyev qeyd edib ki, belə böyük dağıdıcı gücə malik raketi atan Ermənistanın siyasi-hərbi rəhbərliyi bunun necə təsir doğuracağını çox gözəl bilir:
"Bunu niyyətli şəkildə etmək onların əsl mahiyyətini göstərir. Gördüyünüz kimi, bu ərazidə hər hansı bir hərbi obyekt, hər hansı bir hərbi zərurət də yoxdur. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.