AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdam Rayon İcra Hakimiyyəti - "Ermənilər Ağdamın 2 qəsəbə və 8 kəndini dayanmadan atəşə tutur"

  • + A
  • - A
  • 13-10-2020, 19:00

    Ermənistan silahlı qüvvələri Ağdamın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

    Bu barədə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

    O bildirib ki, erməni silahlı birləşmələri dünən gecədən etibarən rayonun qəsəbə və kəndlərini ağır artilleriyalardan atəşə tutur: "Rayonun Dördyol-1 və Təzəkənd qəsəbəsi, Təzəkənd, Qərvənd, Çəmənli, Sarıcalı, Əhmədağalı, Mirəşelli, Əfətli və Qaradağlı kəndləri dayanmadan atəşə məruz qalır. Hazırda yaşayış məntəqələri mərmi atəşinə tutulur. Yaşayış məntəqələrində evlər və digər obyektlərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hələlik mülki şəxslər arasında itki yoxdur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR