Azərbaycanda koronavirusa (COVID-19) 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 25 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 22256 nəfərdir.
Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.
Ümumi ölənlərin sayı 1030 nəfərdir.
Ümumi yoluxanların sayı 81397 nəfər, ümumi sağalanların sayı 58111 nəfərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.