Azərbaycanın qlobal reytinqlərdə mövqeyi açıqlanıb

Azərbaycan əhali sayına görə dünyada 81-ci, ÜDM payına görə 83-cü, coğrafi ölçülərinə görə isə 98-ci yerdədir.
İtaliyanın “TEHA Group & The European House” şirkətinin baş icraçı direktoru Valerio De Molli İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bu göstəriciləri açıqlayıb.
O bildirib ki, Azərbaycan dinamiklik baxımından dünyada 15-ci ən dinamik ölkədir.
V.De Mollinin sözlərinə görə, 2019-cu ildə Azərbaycan bu göstərici üzrə 145-ci yerdə olub.
Şirkət rəhbəri əlavə edib ki, Azərbaycan davamlılıq üzrə 73-cü, gələcəyə yönümlülük üzrə isə 62-ci yerdədir.
O, ölkənin qeyd olunan göstəricilər üzrə digər ölkələrlə müqayisədə daha sürətlə irəlilədiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.