Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
Sfera.az-ın məlumatına görə isə Cəlilabad RİH-dəki əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. Təfərrüatları yaxın zamanda təqdim etməyə çalışacağıq.
***
11:43
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Bu haqda məlumatı Sabah.az yayıb. Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.