AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAŞAT Dövlət-Xalq birliyini özündə ehtiva edəcək

  • + A
  • - A
  • 9-12-2020, 19:31



    Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev dünən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.


    Milli Məclisin deputatı Məşhur Məmmədov Fond və Fondun yaradılmasından irəli gələn vəzifələrlə bağlı fikirlərini Azadmedia.az-a bölüşdü:

    "Sevindirici haldır ki, cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.

    Müzəffər ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğalçı Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Müharibənin yazılmamış qanunları var. Zəfər Qələbəsi əldə etsək də, yüzlərlə hərbçilərimiz işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını itirmişlər.

    Bilirik ki, hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri hazırlanmış, belə ailələr hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

    Şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Biz bunun Vətən müharibəsi dövründə bir daha fəxrlə şahidi olduq. Azərbaycan xalqı fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini yenə davam etdirirlər. Müharibə qələbə ilə bitsə də, onun fəsadlarının aradan qaldırılması zaman alan bir prosesdir. Fəxrlə deyə bilərəm ki, sıravi vətəndaşlarımızla yanaşı, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

    Cənab Prezident İlham Əliyevin imzaladığı Fərman düşünürəm ki, əsl zamanında verilmiş bir fərmandır. Bu fond vasitəsilə Vətən müharibəsində iştirak zamanı şəhid olmuş, yaralanmış hərbçilərimizin ailələri heç birisi diqqətdən kənarda qalmayacaq, vahid siyahıya alınma nəticəsində hər biri dövlətinin, ölkəsinin, vətəndaşının dəstəyini hiss edəcəklər. İşbazlar, fürsətcillər bütün dövrlərdə olub, olacaq. Təəssüf ki, son zamanlar həssas məqamdan istifadə edərək əsgərlərimizin hesabına asan yolla pul qazanmaq istəyən yaramazlıqların da şahidi olduq. Sosial şəbəkələrdən izləyirik ki, əksər vaxt xalqın inanaraq göndərdiyi yardımlar hamısı əsgərlərə çatdırılmır. Dünən DTX tərəfindən saxlanılan cinayətkar isə daha irəli gedərək əclaflığın ən yüksək pilləsinə addım atmış, yaralılarımız üçün kart hesabına toplanan pulları namərdcəsinə öz şəxsi istifadəsi üçün çəkmişdir.

    Fondun yaradılması məhz belə xoşagəlməz hadisələrin qarşısını alacaq, hər bir kəsin fonda təqdim etdiyi vəsaitin hesabatı aparılacaq. Fonda pul köçürənlər də rahatlıq və məmnunluqla əllərindən gələni əsirgəməyəcək.

    Əksər şəhid və yaralı ailələr var ki, kamera önündə yardım istəməyi qürurlarına sığışdırmır. İndi belə ailələr də qürurla, çəkinmədən Fondun dəstəyindən yararlanacaqlar.

    Hər bir vətəndaşın imkanı daxilində Fonda yardım edəcəyinə inanıram. Yardımsevərlik, xeyirdə-şərdə bərabər olmaq ənənəsi illərdən qorunub gələn mental adətlərimizə daxildir.

    Biz birlikdə güclüyük!"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR