İsraildə vətəndaşların koronavirus infeksiyasına qarşı kütləvi peyvənd kampaniyası başlayıb.
Axar.az xəbər verir ki, ilk mərhələdə tibb işçiləri, tibb universitetlərinin tələbələri, habelə ölkə vətəndaşlarına nümunə olmağa çalışan bələdiyyə və hökumət nümayəndələri peyvənd olunacaq.
Bundan başqa bu gün İsrail prezidenti Reuven Rivlin və ordunun Baş Qərargah rəisi Aviv Kohavi də peyvənd olunacaq.
Qeyd edək ki, dünən İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın “Pfizer” şirkətinin preparatı ilə peyvənd edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.