Artıq İngiltərə və bir neçə ölkədə koronavirus əleyhinə vaksinasiya başlayıb. Azərbaycanda da bu vaksinasiyanın gələn ilin əvvəlində başlaması gözlənilir. Əgər vaksinasiya başlayarsa, Azərbaycanda yaz-yay aylarına qədər ölkə ərazisində karantin rejimi tam ləğv edilə bilərmi?
Bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, karantinlə bağlı qərarları Operativ Qərargah verir:
"Vaksinasiya başladıqdan sonra koronavirus tədricən azalacaq. Bu, tək Azərbaycanda deyil, bütün dünyada olacaq. Təbii ki, yoluxanların sayı minumuma düşərsə, karantin rejimi yumşaldılaraq ləğv ediləcək. Koronavirus dünyada nə vaxt bitsə, Azərbaycanda da həmin zaman yox olacaq. Çünki bu pandemiya 5-10 gün fərq ilə bütün ölkələrdə eyni anda başlayıb. Koronavirusun bütün dünyada eyni zamanda sönməsi və bitməsi gözlənilir. Vaksinasiya effektiv olarsa, koronavirus 2021-ci ilin ilk altı ayı ərzində bitə bilər. Düzdür, bununla bağlı müxtəlif fikirlər var. Yəni elə mütəxəssislər var ki, bu virusun 5-6 il çəkəcəyi ilə bağlı fikirlər də səsləndirirlər. Ona görə də dəqiq rəqəm söyləmək çətindir".
sonxeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.