AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putindən Ərdoğana koronavirus peyvəndi barədə təklif: Müqavilə imzalandı

  • + A
  • - A
  • 29-12-2020, 16:53



    “COVID-19 pandemiyası dövründə vətəndaşların təxliyyəsi, turizm məsələləri də daxil olmaqla Rusiya ilə yaxşı münasibətlərimiz oldu. Vladimir Putin “Sputnik V” peyvəndi ilə bağlı telefon söhbəti zamanı təklifini səsləndirən kimi dərhal Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səhiyyə nazirinə göstəriş verdi”.

    “Hürriyet”in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

    “Nəticədə qurumlarımız arasında anlaşma imzalandı. “Sputnik V” ilə bağlı əlavə məlumatlar tələb edildi. Səhiyyə nazirimiz bu məlumatların Rusiya tərəfindən ötürülməyə başladığını bildirdi. Bu əməkdaşlığın məqsədi sadəcə peyvənd tədarükü deyil, ortaq peyvənd istehsalıdır, bu, peyvəndin Türkiyədə istehsal edilməsidir. Bu hədəfə doğru irəliləyirik”, - deyə M.Çavuşoğlu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR