Peru, Venesuela və Kolumbiya ölkələrinin liderləri Co Baydeni təbrik edib
Peru, Venesuela və Kolumbiyadan Latın amerikalı liderlər ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisi təbrik edib.
Kolumbiya prezidenti İvan Duqe Baydenin inaqurasiya nitqini möhtəşəm kimi xarakterizə edib və onun Amerika Birləşmiş Ştatlarındakı xalqları birliyə, fikir ayrılıqlarının ortaq hədəflərə çağırışlarının dünyada əhəmiyyətli əks-səda doğurduğunu deyib.
Duqe ABŞ və Kolumbiya arasındakı 200 illik diplomatik əlaqələrin ortaq hədəflərə doğru möhkəmlənməkdə davam etdiyini bildirib.
Peru prezidenti Fransisko Saqest ölkəsinin ABŞ-lagələcəkdə də investisiya və ticarət sahəsində əməkdaşlığının genişlənəcəyinə nikbin baxdığını deyib.
Venesuela prezidenti Nikolas Maduro Baydenə uğurlar diləyərək, ABŞ-ı Venesuela ilə bağlı siyasətini dəyişdirməyə çağırıb.
Bayden vəzifəyə gəldiyi gündən bəri ABŞ-ın Venesuela ilə bağlı siyasətindən danışmasa da, ABC xəbər agentliyi onun dövlət katibi vəzifəsinə namizəd göstərdiyi Entoni Blinkenin Senatın iclasında Maduronun rəqibi Huan Quaydoya dəstək verdiyini bildirib.
ABŞ və bəzi qərb ölkələri 2018-ci il mübahisəli prezident seçkilərindən sonra müxalifət lideri Quaydonu Venesuelanın tanınmış lideri kimi qəbul edib.