AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Müdafiə Naziri Lloyd Ostin Almaniyanı yüksək qiymətləndirdiyini bildirib

  • + A
  • - A
  • 28-01-2021, 23:02

    ABŞ Müdafiə Naziri Lloyd Ostin çərşənbə günü Almaniyanı ABŞ əsgərlərinin bazasının yerləşdiridiyi ölkə olaraq yüksək qiymətləndirdiyini bildirib. Bu, onun Tramp administrasiyasının ABŞ hərbi qüvvələrini ölkədən çıxarmaq qərarını dəyişdirə biləcəyinə dair fikirlərə yol açıb.

    Ostin bu fikirləri Almaniya Müdafiə Naziri Anneqret Kramp-Karrenbauerlə ilk telefon danışığında bəyan edib. Müdafiə Nazirliyinin veb saytına yerləşdirilən telefon danışığının xülasəsində qeyd olunub ki, Ostin “ABŞ qüvvələrinə gözəl ev sahibi kimi xidmət göstərməyə davam etdiyi üçün Almaniyaya minnətdarlığını bildirib və ABŞ-ın Almaniyadakı hərbi mövqeyi mövzusunda davamlı dialoq arzusunda olduğunu deyib.”

    Ötən il o zamankı prezident Donald Tramp Almaniyada yerləşdirilmiş ABŞ hərbi kontingentinin 25 faizdən çox azaldılması barədə sərəncam vermişdi və Pentaqon bunun necə ediləcəyini araşdırırdı.

    “Associated Press” xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin telefon danışığı ilə bağlı məlumatına əsasən, Ostin “Almaniyanın baza olaraq yüksək qiymətləndirildiyini və burada Amerika əsgərlərinin özlərini çox rahat hiss etdiklərini” vurğulayıb. O əlavə edib ki, "ABŞ Almaniyadakı mövcudluğunu birgə təhlükəsizliyin vacib bir hissəsi kimi qəbul etməyə davam edir".

    Almaniyada Başda Ramşteyn kimi Hava Bazası olmaqla yanaşı, ABŞ hərbi obyektləri, ABŞ Avropa Komandanlığı və ABŞ Afrika Komandanlığının qərargahları da daxil olmaqla təxminən 34,500 ABŞ əsgəri yerləşdirilib.

    ABŞ-ın telefon danışığı ilə bağlı hesabatında Ostinin Almaniyanın NATO İttifaqı üçün əhəmiyyətini qeyd etdiyini və davamlı olaraq məsləhətləşmək eistədiyini dilə gətirdiyi qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR