Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat attaşesi cənab Hüseyn Altınalan AİJA-nın tədbirində iştirak edib
![]()
44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizdə jurnalistlərimizin, digər yaradıcı media mənsublarının, o cümlədən idman yazarlarımızın da xüsusi rolu olmuşdur.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA öz qələmlərini süngü ilə əvəz edərək döyüşlərə yollanan və şücaət göstərən həmkarlarımızı, həmçinin UEFA Avropa Liqasında ev oyunlarına öz məkanında yer verən qardaş Türkiyənin Başakşəhər Fatih Terim stadionunu mükafatlandırmağa qərar verib.
AzadMedia.az yerli mətbuata istinadən xəbər verir ki, bu münasibətlə qurum mükafatlandırma mərasimi keçirib.
Tədbiri giriş sözü ilə AİJA-nın baş katibi, İdman TV-nin rəhbəri Rövşən Binnətli açaraq mərasimin məramını açıqladı.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən ölüm-dirim mübarizəsində Vətən torpağını qucaqlayaraq gözlərini əbədi yuman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildı.![]()
![]()
Mükafatları sahiblərinə AİJA adından təşkilatın prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, baş katib, İdman Televiziyasının rəhbəri Rövşən Binnətli (Novruzov), vitse-prezidentlər Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), "Qarabağ" Futbol Klubunun baş meneceri Asif Əsgərov, uzun illər "Qarabağ" futbol komandasının və millimizin şərəfini qorumuş, şəhid övladı, tanınmış futbolçu Vüqar Nadirov təqdim etdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.