AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi - YENİLƏNİB

  • + A
  • - A
  • 8-02-2021, 10:41


    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.

    “Report”un məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

    Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

    10:15

    Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN” xidmət) tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib.

    “Report”un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

    T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır.

    Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR