AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat

  • + A
  • - A
  • 12-02-2021, 11:31


    Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Əli işdən azad olunub.

    Azadmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bu gün əmr imzalayıb.

    Sözügedən vəzifəyə həmin şöbənin müavini Mehman Qayıbov təyin edilib.

    Qeyd edək ki, 1961-ci il təvəllüdlü Mehman Qayıbov 2-ci dərəcə dövlət müşaviridir. İxtisasca jurnalist olan yeni mətbuat katibi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.
    Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR