Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüş keçirildi.
Görüş zamanı ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilərək, ötən müddət ərzində hakimlərin və prokurorların ixtisaslarının artırılması məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi və səmərəli hüquqi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.
Baş prokuror qeyd etdi ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya çatdırdıq.
[/center]
Mehmet Akarca bir daha ölkəmizi və xalqımızı Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbrik edərək Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirmiş və gələcəkdə də Azərbaycanı hər zaman olduğu kimi dəstəkləyəcəyini qeyd etmişdir.
Daha sonra nümayəndə heyətinin Türkiyənin Ədliyyə Akademiyası ilə tanışlığı baş tutdu. Akademiyanın rektoru Muhittin Özdemirlə görüş zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Türkiyənin Ədliyyə Akademiyası ilə əməkdaşlığın pespektivləri, ölkəmizin prokuror və müstəntiqlərinin Türkiyənin Ədliyyə Akademiyasında keçirilən ixtisasartırma kurslarında iştirakı məsələləri müzakirə olundu.
Həmçinin nümayəndə heyəti Ankara bölgə apellyasiya məhkəməsini ziyarət edərək məhkəmənin Baş prokuroru Hüseyn Çinar və sədri Ramazan Aksanla görüşdü. Nümayəndə heyəti prokurorluğun və məhkəmənin fəaliyyəti haqqında məlumatlandırılaraq yaradılmış şəraitlə, məhkəmə iclas zalları və dindirmə otaqları ilə tanış oldu.
Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.