AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda tətbiqinə icazə verilən iki vaksinin kombinə edilmiş tədqiqatına başlandı

  • + A
  • - A
  • 20-02-2021, 20:20



    “Sputnik V” vaksini ilə “AstraZeneca” peyvəndinin kombinasiyasının kliniki testlərinə başlanılıb.

    Azadmedia.az xəbər verir ki, bununla bağlı “Sputnik V”nin sosial şəbəkə hesabında məlumat yayımlanıb.

    Qeyd edilib ki, “AstraZeneca”nın birinci dozu ilə formalaşan immunitet ikinci dozun effektivliyini azaldır. Ya da ikinci doz üçün üç ay gözləmək lazımdır.

    “Sputnik V” iki fərqli doz istifadə etməklə bu vəziyyətin qarşısını almağı planlaşdırır. “AstraZeneca” peyvəndi üçün ikinci doz olaraq “Sputnik V” vaksininin komponentlərindən istifadə etməklə, üç ay gözləmə məsələsini aradan qaldırmaq mümkündür.

    Qeyd edək ki, fevralın 8-də Azərbaycan Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycanda kliniki tədqiqatların aparılması üçün icazə verib.

    Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

    Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur.

    Tədqiqat proqramı bir neçə ölkənin ərazisində altı ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR