AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-dakı Türkiyə dərnəkləri Xocalı qətliamını qınadı

  • + A
  • - A
  • 26-02-2021, 12:08



    ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət Türkiyə təşkilatları Xocalı qətliamının 29-cu ildönümü üçün anım mesajı yayıblar.

    “Anadolu” agentliyi xəbər verir ki, Türkiyə-Amerika Təşkilat Komitəsi tərəfindən yayılan mesajda ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində 106 qadın və 63 uşaq da daxil olmaqla 613 nəfərin qətlə yetirilməsi qınanılıb.

    “Biz beynəlxalq birlikləri ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatlandırmalı və bu dəhşətli hərbi cinayətə görə ədalət tələb etməliyik”, - deyə bildirilir.

    Amerikanın Türk Dərnəkləri Assosiasiyası yayımladığı mesajda 1992-ci ildə Xocalıda erməni qüvvələri tərəfindən törədilən qətliamı qınayıb, ABŞ-a və beynəlxalq ictimaiyyətə bu cinayətə görə erməni liderlərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR