AzadMedia.az xəbər verir ki, Hindistan "AstraZeneca" şirkətinin bu ölkədə istehsal olunan koronavirus vaksinlərinin ixracını müvəqqəti dayandırıb.
Belə ki, qərar COVAX mexanizmi çərçivəsində tədarüklərə də təsir edə bilər.
Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX mexanizmi tədarükünün təmin olunması ilə bağlı Hindistan hökuməti ilə danışıqlar aparır.
COVAX bu günədək Hindistandan 17,7 milyon doza "AstraZeneca" vaksini əldə edib. Ümumilikdə, Hindistan 70-dən çox ölkəyə 60 milyon dozadan çox vaksin ixrac edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.