AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin və Paşinyan arasında telefon danışığı oldu

  • + A
  • - A
  • 26-03-2021, 21:00


    Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Söhbət əsnasında bölgədəki vəziyyətin sabitləşdiyi bildirilib.

    AzadMedia.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.

    "Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilərkən qeyd olunub ki, bölgədə vəziyyət sabitləşib və ümumiyyətlə sakit olaraq qalır", - açıqlamada deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR