AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Yol Polisi İdarəsi qaydaları pozan sürücülərə xəbərdarlıq edib

  • + A
  • - A
  • 31-03-2021, 19:45

    Dövlət Yol Polisi İdarəsi qaydaları pozan sürücülərə xəbərdarlıq edib

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.

    İdarədən AzadMedia.az-a verilən məlumata görə, paytaxtın küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis tərəfindən gücləndirilmiş qaydada profilaktik tədbirlər davam etdirilir:

    “Dayanma-durma qaydalarını pozan sürücülər əsasən günün pik saatlarında intensiv hərəkət müşahidə olunan küçə və prospektləri, ictimai nəqliyyat üçün ayrılmış yolları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, eləcə də mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur.

    Bir daha sürücülərə dayanma-durma qaydalarına düzgün əməl olunması və bu sahədə nəzarət tədbirlərin gücləndirilməsi məqsədilə xəbərdarlıq edir, onlardan “Yol Hərəkəti Haqqında” qanunun çərçivəsində, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması, özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün qayda pozuntusu törətməkdən çəkinmələrini xahiş edirik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR