AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bursa Uludağ Universiteti nəzdində Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi fəalları Aprel şəhidlərimizi yad edib - Özəl

  • + A
  • - A
  • 4-04-2021, 19:00


    AzadMedia.az-ın verdiyi xəbərə görə, 2016 cı il Aprel döyüşlərinin 5 ci ildönümü Türkiyənin Bursa şəhərində yerləşən Bursa Uludağ Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi fəalları tərəfindən anılıb.

    Məlumata görə, birliyin sədri Lətifə Nağdəliyeva və birlik idarə heyəti üzvləri yenə Bursa şəhəri Osmangazi rayonunda açılan şəhid generalımız Polad Həşimov adına olan parkda Aprel şəhidlərimizin xatirəsinə halva dağıtımı ediblər.

    Tədbirdə Bursa sakinləri və Bursada yaşayan Azərbaycanlılar da iştirak edib.
    Şəhidlərin ruhu yad edilib.

    Tədbir xatirə fotosu çəkilərək sona yetib.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR