Türkiyənin Yunanıstanın suveren haqlarını pozması ilə bağlı dedikləriniz düzgün deyil. Mətbuat qarşısında mənə və millətə qarşı ağır ittihamlarla çıxış edərsəniz, cavabını vermək məcburiyyətində qalacağam.
AzadMedia.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikol Dendiasla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Belə ki, “İlk görüşümüzün daha konstruktiv atmosferdə keçəcəyinə ümid edirdim. Türkiyəni Yunanıstanın suveren haqlarını pozmaqda ittiham edirsiniz. Bu, düzgün deyil. Türkiyə özünün və Kipr xalqının haqlarını qorumağa qadirdir. Qərbi Frakiya (Batı Trakya) azlığı “türkəm” deyirsə, türkdür! Bunu belə də qəbul etməlisiniz!” - deyə Çavuşoğlu bildirib.
Ardınca isə Dendias belə söyləyib:
“Təxmin etdiyim qədər sizin iş yoldaşlarınız kraldan daha çox kraldır. Şərqi Aralıqda heç bir şey olmayıbmış kimi davrana bilmərəm”.
Çavuşoğlu da öz növbəsində Türkiyənin BMT-nin prinsipləri və hüquq çərçivəsində Şərqli Aralıqda fəaliyyətini davam etdirdiyini əlavə edib.
Qeyd edək ki, görüşdən sonrakı mətbuat konfransında yunan nazirin “Türkiyə bizim suveren haqlarımızı pozarsa, sanksiyalar gündəmə gələcəkdir” cümləsini işlətməsi Çavuşoğlunun haqlı narazılığına səbəb olub.
Xatırladaq ki, yunan nazir bu gün Türkiyəyə səfər edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.