AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ƏZIZ ŞUŞA, SƏN AZADSAN!

  • + A
  • - A
  • 8-05-2021, 09:08


    Ceyhun Məmmədov,
    Milli Məclisin deputatı

    Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə May ayının 8-i Şuşanın işğalı günü kimi qeyd edirdi. Şuşanın işğalı Azərbaycan xalqının yaddaşında dərin və ağır izlər buraxmışdı. Azərbaycan xalqı heç zaman həmin ağır günləri unutmayacaq. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan xalqı gələcəyə baxmağı bacaracaq.

    Şuşanın Azərbaycan xalqı üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Qarabağ Xanlığının paytaxtı olan Şuşa həm də mədəniyyət abidələri ilə zəngindir. Prezident İlham Əliyevin 7 May tarixli sərəncamına əsasən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bu tarixi şəhər Azərbaycana bir çox tarixi şəxsiyyətlər bəxş edib. Şuşada həmçinin, qədim tarixə malik bir çox dini abidələr mövcuddur. Onların böyük əksəriyyəti ermənilər tərəfindən vəhşiliklə dağıdılıb.
    Azərbaycan vətən müharibəsi zamanı qısa müddətdə Şuşanı düşmən işğalından azad etdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün etdiyi çıxışı yaxşı xatırlayır. O çıxışında xüsusi olaraq vurğulamışdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bəli Şuşa artıq azaddır. Bu çıxışda xüsusi diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin ata vəsiyyətinin yerinə yetirilməsi ilə bağlı qeyd etdiyi fikirlər idi.
    Bu il Azərbaycan xalqı Mayın 8-i artıq Şuşanın işğal günü kimi qeyd etmir. Bu gün Azərbaycan xalqı özünü çox xoşbəxt hissi edir. Artıq Şuşa bizimdir və əbədi olaraq da bizim olacaq. Əgər Ermənistan yenidən təxribat törətməyə çalışsa, dəmir yumruq işə düşəcək və bunun qarşısı qətiyyətlə alınacaq.
    Artıq Azərbaycan Şuşada inşa, təmir və bərpa işlərinə başlayıb. Qısa müddətdə bu işlər uğurla həyata keçiriləcək və Şuşa dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevriləcək.
    Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçiriləcək.
    Azərbaycan xalqı bu qələbəyə Prezident İlham Əliyevin qətiyyətli iradəsi, həyata keçirdiyi uzaqgörən və ardıcıl siyasət nəticəsində nail olub. Qarabağ Azərbaycandır və tezliklə bütün azərbaycanlılar öz doğma dədə-baba yurdlarına qayıdacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR