AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov Sergey Lavrovla sərhəddəki gərginliyi müzakirə edib

  • + A
  • - A
  • 13-05-2021, 20:50

    Ceyhun Bayramov Sergey Lavrovla sərhəddəki gərginliyi müzakirə edib

    Azadmedia.az xəbər verir ki, Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

    Belə ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

    Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

    Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR