AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib” - İlham Əliyev

  • + A
  • - A
  • 20-05-2021, 20:40



    "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanla Ermənistan arasında barışığın təmin olunmasında mühüm rol oynaya bilər. Bu mərkəzin dialoq və sülhün, mədəniyyətlərarası və dinlərarası münasibətlərin, əməkdaşlığın, tolerantlığın təşviqi baxımından zəngin təcrübəsi var".

    Azadmedia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirib.

    Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var.

    Azərbaycan Prezidenti deyib: “Münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR