AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan əsilli şəxs Türkiyədə 30 ildir sənədsiz yaşayır

  • + A
  • - A
  • Bu gün, 14:40

    Azərbaycan əsilli şəxs Türkiyədə 30 ildir sənədsiz yaşayır

    Türkiyənin Bursa şəhərində yaşayan Elvin Korkmaz 30 ildir şəxsiyyət vəsiqəsi olmadan həyat sürür.

    Əslən azərbaycanlı olan Korkmazın yaşadığı problemlər “Habertürk” telekanalının reportajında işıqlandırılıb.

    O bildirib ki, körpə olarkən valideynləri Azərbaycanda ayrılıb və ailəsi onu uşaq evinə verib. Bir müddət sonra valideynləri fərqli ölkələrə köçüb. Elvini isə ata nənəsi Türkiyəyə aparıb.

    Doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun Türkiyədə şəxsiyyət vəsiqəsi əldə etməsi mümkün olmayıb.

    E.Korkmazın sözlərinə görə, sənədsiz yaşaması bir sıra hüquq və imkanlardan istifadə etməsinə mane olur. O, şəxsiyyət vəsiqəsi olmadığı üçün sığortalı iş tapa bilmədiyini, başqa şəhərə səfər etmək üçün bilet ala bilmədiyini deyib.

    Gənc tibbi xidmətlərdən yararlanarkən də problemlərlə üzləşdiyini qeyd edib.

    Hazırda Elvin Korkmaz kimliyinin rəsmən tanınması və şəxsiyyətini təsdiq edən sənədlə təmin olunması üçün aidiyyəti qurumlardan dəstək gözləyir.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR