AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankarada YAP və AKP arasında əməkdaşlıq məsələləri müzakirə olundu

  • + A
  • - A
  • 2-06-2021, 21:20

    Ankarada YAP və AKP arasında əməkdaşlıq məsələləri müzakirə olundu

    Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə görüşüb.

    AzadMedia.az xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, gələcəkdə hər iki partiyanın beynəlxalq əlaqələr sahəsində birgə fəaliyyət mexanizminin işlənib hazırlanması, partiyaların rəhbər şəxslərinin, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinə dair koordinasiyanın yaradılmasına dair fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.

    Xatırladaq ki, Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə millət vəkilləri Sevinc Hüseynova, Hikmət Babaoğlu, Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR