Yeni Azərbaycan Partiyasının Sədr müavinləri təyin olunub.
Partiyanın mətbuat xidmətindən
Azadmedia.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Qeyd edək ki, Partiyanın VI qurultayına qədər partiyanın sədr müavinləri Mehriban Əliyeva, Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadə olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.