“Zəfər yolunun tikintisi 80 faizi başa çatıb”.
Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yerli və regional əhəmiyyətli şöbəsinin rəisi İlham Süleymanov deyib.
O qeyd edib ki, Zəfər yolunun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib:
“Artıq yol konstruksiyası işlərinə başlanılıb. Zəfər yolunun 1 kilometrdən artıq hissəsinin asfalt örtüyü çəkilib. Bu yolunun 101.5-ci kilometrliyində 4 körpü var, onlardan 3-nün tikinti işlərinin 75 faizi artıq həyata keçirilib”.
O bildirib ki, hazırda dayandığımız körpünün altından Şuşaya ikinci yol gedir:
“Bu yolun uzunluğu 84.6 kilometrdir. Şuşa gedən yolun üzərində qurulan bu körpü Quruçayın üzərində inşa olunur. Körpünün əhəmiyyəti ondan ibarətdir ki, o Ağdam Füzuli yolu üçün ötürücü rolu oynayır. Digər tərəfdən yolların üzərində süni qurğular olur ki, körpülər də bu rolu oynayır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.