AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bir millət, iki dövlət" ifadəsinin media arenasında ən gözəl təcəssümü - Politoloq Ülkər Piriyeva

  • + A
  • - A
  • 20-06-2021, 16:44


    "Bir millət, iki dövlət" ifadəsinin media arenasında ən gözəl təcəssümü...
    Qarabağda göstərdiyi parlaq işin nəticəsi olaraq bu cümləni şübhəsiz hər kəsin ona yaraşdırdığı uğurlu Jurnalist!
    Bundan sonra dünyaya gələcək qız övladlarımıza Fulya adının verilməsi heç kəsi təəccübləndirməsin.
    Azərbaycanın haqq səsini dünyaya çatdıran, II Qarabağ Müharibəsində 44 gün boyunca dayanmadan öz sahəsində çalışan, Türk qadınının nələr edə biləcəyini və çətinlikləri aşaraq vəzifəsini necə uğurla yerinə yetirəcəyini dosta, düşmənə göstərən həmkarım.


    Reportyor kimi karyerasının ilk aylarında çox səs-küy yaradan xəbərləri yazdı. "Kobanidən qaçan Suriyalı Besmanın hekayəsi" və "Universitet xəstəxanalarındakı xəstələrin yaxınlarından istənilən tibb ləvazimatları", "Türkiyədə Revmatoloq yoxdur", "Bir həkimin 36 saatlıq əziyyəti" və İzmirə gələn Suriyalıların qaçaq yollarla necə köç etdiklərini göstərən "Qaçqınların Sənədli Filmi" nəyinki Türkiyədə, dünyanın dörd bir yanında olduqca səs-küy yaratdı.

    O eyni zamanda, onlarla universitet və dərnəklərdən mükafatlar aldı. “İlin reportyoru” və “Ən yaxşı xüsusi xəbər” nominasiyalarında onlarla mükafata layiq görüldü. TEDx-də mühazirəçi olaraq çıxış etdi. Suriya, Afrika, Arakan və ziyarət etdiyi fəlakət bölgələrində etdiyi xəbərlər hər zaman fərqlilik ​​yaratdı. Müsahibələri nəyinki sosial mediada gündəm oldu, Fulya Öztürk hətda dünyanın dörd bir yanından milyonlarla insanın səsi oldu.

    "Yenidən doğulsaydım, yenidən Reportyor olmaq istərdim" deyən Fulya Öztürk, işinə hər zaman candan yanaşıb.
    Bugünə qədər oduğu coğrafiyalarda reportyor və QHT ruhuyla çalışan Öztürkün prioriteti cəmiyyətin marağıdır.

    Reportyor olmaqdan əlavə Öztürk, CNN TÜRK Xəbər Mərkəzində Kəşfiyyat Şefinin müavini vəzifəsini də icra edir.

    Onun üçün ən əsası xalqın səsi olmaqdır ... 44 gün boyunca Qarabağda olduğu kimi!

    Reportyor kimi işə başladığı ilk aylardan bəri dünyaya səs gətirən xəbərlərə imza atan, insanlarla əlaqəli hər şeydə olmağı çox sevən əziz Fulya Öztürk ..

    Əslində, II Qarabağ müharibəsi bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır.

    Bu gün, Türkiyə-Azərbaycan əlaqələri olduqca yüksələn xətt üzrə inkişaf edir. Bu dolğun inkişafın qarşısını heç bir qüvvə ala bilməz.

    Məhz, Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir: "Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir".

    Hər birimiz çox yaxşı bilirik ki -
    Türkün türkdən başqa dostu yoxdur ...!


    Politoloq Ülkər Piriyeva




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR