AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnternet Medya Yayıncıları Genel Başqanı, tanınmış jurnalist Serdar Akyoldan Dünya Jurnalistlər Gününə Özəl Mesaj

  • + A
  • - A
  • 21-10-2020, 17:20

    İnternet Medya Yayıncıları Genel Başqanı, tanınmış jurnalist Serdar Akyoldan Dünya Jurnalistlər Gününə Özəl Mesaj



    "Internet Media Yayıncıları"nın direktoru və www.Sonnoktahaber.com saytının baş redaktoru tanınmış Jurnalist Sərdar Akyol 21 Oktyabr Jurnalistlər Günü münasibətilə təbrik mesajını yayımlayıb.


    Qeyd edək ki, tanınmış jurnalist Serdar Akyol, artıq bir aya yaxın bir müddətdir ki, Azərbaycanın Qarabağ uğrunda şanlı Ordusuyla apardığı rəşadətli mübarizəni İnternet media Yayıncılarının rəsmi Azərbaycan təmsilçisi Ülkər Piriyeva ilə bərabər, Türkiyə Media Arenasından ən dəqiq məlumatlarla dünyaya çatdıran ustad jurnalistlərdən biridir.

    Serdar Akyol, ​​cəmiyyətin maarifləndirilməsində və məlumatlandırılmasında, demokratiyanın güclü və möhkəm təməllərlə qurulmasında, fikir və düşüncə azadlığının inkişafında mühüm rol oynayan jurnalistikanın günümüzün ən dinamik və ən fədakar peşələrindən biri olduğunu vurğulayıb.

    Peşələrini çox çətin şəraitdə yerinə yetirən, xalqın gözü və qulağı olan, idarəçilərə işıq tutan media nümayəndələrinin fədakar əməyinin təqdir olunmamasının mümkünsüzlüyünü vurğulayan Akyol bunları əlavə edib:

    "Demokratiyanın əvəzolunmaz elementi olaraq gördüyümüz mətbuat ölkəmizin gələcəyinə və millətimizin maraqlarına uyğun olaraq prinsipial, düzgün və qərəzsiz bir şəkildə çalışaraq, xalqın xəbər almaq hüququnu təmin edən və cəmiyyətin ümumi tələb və fikirlərini xalqa çatdırmaq vəzifəsini öz üzərinə götürən vacib bir qurumdur. Jurnalistlər bölgə, ölkə və dünya gündəminin müəyyənləşməsində böyük rol oynayırlar. İnsanlar mediadan oxuduqları və öyrəndikləri xəbər və şərhlər vasitəsi ilə məlumatlanırlar. Bu baxımdan jurnalistlər hazırladıqları xəbər və icmallarla cəmiyyəti düzgün məlumatlandırmaq məsuliyyətini daşıyırlar.

    Bu duyğu və düşüncələrlə Türkiyədə fəaliyyət göstərən bütün milli, yerli qəzet və jurnalların, radio və televiziyaların, eləcə də milli agentliklərin nümayəndələrini 21 Oktyabr Jurnalistlər Günü münasibətilə təbrik edir, peşə həyatlarında davamlı uğurlar arzulayır, sevgimi və hörmətimi bildirirəm".


    Akyol mesajında ​​bildirib ki, qərəzsiz, azad və mətbuatın peşə əsaslarına hörmət edən bir media demokratiyanın, sosial inkişafın və tərəqqinin təmin edilməsində mühüm rol oynayır:

    "Bu səbəbdən media cəmiyyətimizin gözü və qulağıdır. Milli və yerli media öz missiyası ilə daim müstəqil olaraq, həqiqəti xalqımıza bütün çılpaqlığı ilə təqdim etməklə plüralist bir demokratiyanın əhəmiyyətini bir daha ortaya qoyur.

    Xalqımızın məlumatlanmasına çətin şərtlərlə şərait yaradan dəyərli mətbuat işçilərimizin 21 Oktyabr Jurnalistlər Gününü təbrik edirəm. Vəzifəsini yerinə yetirərkən həyatını itirən jurnalistlərə rəhmət diləyir və bütün mətbuat işçilərinə peşə həyatlarında uğurlar arzu edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR