AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirinin müavini Ahmet Misbah Demircanın Azadmedia.az-a Özəl Reportajı

  • + A
  • - A
  • 28-06-2021, 23:05


    Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirinin müavini Ahmet Misbah Demircan, Azadmedia.az-ın redaktoru Ülkər Piriyevaya verdiyi reportajda Azərbaycan ordusunun yaranmasının 103-cü ildönümü münasibətilə xalqımıza xüsusi təbriklərini çatdırıb.

    Qarabağ Zəfəri münasibətilə Azərbaycan xalqını tərbik edən Cənab Demircan, “Qarabağ Zəfərinin şeirini yazacağıq ki, oxunsun, musiqisini bəstələyəcəyik ki, dinlənilsin, filmini çəkəcəyik ki izlənilsin. Bu fəaliyyətləri ən azından qələbə qədər vacib hesab edirəm. Çünki ordular və millət qələbə qazanır, ancaq mədəniyyət, sənət, estetika, şeir və şüur bütün qələbələri yaşadır, Türkiyə ilə Azərbaycan arasında mədəni və tarixi irsin inkişafı bu sahədə gələcək əməkdaşlıq üçün faydalıdır”, - deyə qeyd edib.

    Azərbaycan-Türkiyə münasibətləri həmişə çoxölçülü, dərin və potensial baxımından həm Türkiyə, həm də Azərbaycanın digər ölkələrlə münasibətləri ilə müqayisə olunmayacaq dərəcədə xüsusi bir keyfiyyətə sahib olduğunu vurğulayan cənab Demircan, “tarixi, mədəni, sosial və digər amillər ümumiyyətlə Azərbaycan-Türkiyə münasibətlərində ön planda olmuşdur. Elə, Şuşa Bəyannaməsinin adı, məzmunu və imzalanma yeri də, onun mahiyyətini və nəticələrini açıqca göstərir”, - deyə bildirib.







    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR